Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın təklifini qəbul etmək xəyanət olar - Lalə

Azərbaycanın təklifini qəbul etmək xəyanət olar - Lalə

Tarix: 11 May 2024 06:28

Rusiya gimnastikasının lideri, Azərbaycan əsilli Lalə Kramarenko bu ölkənin mətbuatına geniş müsahibə verib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, müsahibə zamanı Laləyə Azərbaycandan təklif gələrsə, qəbul edib-etməyəcəyi ilə bağlı sual verilib.

O, Azərbaycanın təklifini qəbul etməyin xəyanət olacağını bildirib:

- Tutaq ki, sabah Azərbaycan siz dəvət etdi. Olimpiya Oyunlarında iştirak xatirinə bu dəvəti qəbul edərsiniz?

- Yox (gülür). Mən qısa, amma aydınam. Bu o demək deyil ki, mən Azərbaycan üçün yarışa bilmərəm. Bu, sadəcə, bir növ şəxsi ambisiya və emosiyalardır. Mən ölkəmə xəyanət edə bilmərəm. Bu, bir növ xəyanətdir.

Qeyd edək ki, Lalənin babası Sergey Kramarenko "Neftçi"nin əfsanəsi olub. Onun atası Dmitri Kramarenko isə Azərbaycan yığmasının qapıçısı olub.


Etiketlər:  Azərbaycanın təklifini qəbul etmək xəyanət olar Lalə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ