Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı azalıb

Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı azalıb

Tarix: 11 May 2024 12:48

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 faiz azalaraq, 67,7 milyon dollara bərabər olub.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin aprel ayında Türkiyə Azərbaycana 14,9 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 15,3 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 5,2 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 1,3 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.


Etiketlər:  Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ