Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda ardıcıl iki zəlzələ oldu: yaralılar var

İranda ardıcıl iki zəlzələ oldu: yaralılar var

Tarix: 12 May 2024 01:52

Şənbə günü İranın Fars əyalətinin Ahel şəhərində 4,6 və 2,8 bal gücündə iki zəlzələ baş verib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 4,6 bal gücündə birinci zəlzələ mayın 11-də Tehran vaxtı ilə saat 13:56-da Fars əyalətinin Ahel rayonunda qeydə alınıb. İkincisi isə afterşok olub və saat 14:06-da eyni ərazidə baş verib.

Zəlzələlər yer səthindən 22 və 10 kilometr dərinlikdə baş verib.

Zəlzələnin episentrində yerləşən Aşkenan rayonunun yerli rəsmisi zəlzələ nəticəsində iki nəfərin yaralanaraq evlərini tərk etdiyini bildirib.

O, yaxınlıqdakı 300-dən çox evin zərər gördüyünü bildirib.


Etiketlər:  İranda ardıcıl zəlzələ oldu yaralılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ