Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2024 00:58
BMT Baş katibi Antonio Quterreş Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı yalan məlumatlara görə istefa verməlidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrail Katz X şəbəkəsində yazıb.
"BMT Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı təxminini 50% azaldıb və HƏMAS Səhiyyə Nazirliyinin məlumatlarına əsaslandığını iddia edir. İsrailə qarşı qanlı böhtanları yaymaq üçün terror təşkilatının yalan məlumatlarına əsaslanan hər kəs antisemitdir və terrorizmi dəstəkləyir, Antonio Quterreş, istefa edin", - Katz bildirib.
Nazir bildirib ki, BMT-nin 6 və 8 may tarixlərində Qəzzada ölən qadın və uşaqlarla bağlı məlumatında ciddi anlaşılmazlıqlar var və təşkilat bunu izah etməlidir.