Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus generalın məhkəməsi: Erməni iş adamı həbs edildi

Rus generalın məhkəməsi: Erməni iş adamı həbs edildi

Tarix: 14 May 2024 22:06

Moskvanın Basmannı məhkəməsi Rusiya Müdafiə Nazirliyinin Kadrlar üzrə Baş İdarəsinin rəisi Yuri Kuznetsovun cinayət əməlində iştirak edən Lev Martirosyan barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

İstintaqın məlumatına görə, o, hərbçiyə rüşvət verib. İstintaq materiallarından belə anlaşılır ki, Kuznetsov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsində xidmət edərkən Martirosyanla şəxsən tanış olub.

Axtarış zamanı müstəntiqlər Kuznetsovun evindən 100 milyon rubl, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar tapıblar.

Qeyd edək ki, Martirosyan 1971-ci ildə Ermənistan SSR-də anadan olub və Krasnodarda yaşayır. Onun fərdi sahibkar olduğu bildirilib.


Etiketlər:  generalın məhkəməsi Erməni adamı həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ