Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin özünə onları köməkçi təyin etdi

Putin özünə onları köməkçi təyin etdi

Tarix: 14 May 2024 22:36

Rusiya Prezidenti Vladimir Putin Adminstrasiyada yeni təyinatlarla bağlı sərəncam imzalayıb.

Sonxeber.net Publika.az-a istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasının katibi postundan azad edilən Nikolay Patruşev, həmçinin, Tula qubernatoru, Putinin keçmiş mühafizəçisi Aleksey Dyumin dövlət başçısının köməkçisi təyin ediliblər.

A.Dyumin Prezident Administrasiyasında hərbi-sənaye kompleksi və idman məsələlərinə nəzarət edəcək, həmçinin Dövlət Şurasında işləyəcək. Patruşev isə gəmiqayırma məsələləri üzrə işləri koordinasiya edəcək.

Bununla yanaşı, Vladimir Medinski, Dmitri Mironov, Yuri Uşakov, Andrey Fursenko və Ruslan Edelgeriyev də prezidentin köməkçiləri təyin olunublar. Larisa Brıçeva prezidentin dövlət və hüquq şöbəsinin müdiri təyin edilib. Dmitri Kalimulin dövlət başçısının arayış idarəsinin rəhbəri, Dmitri Şalkov Kremlin nəzarət departamentinin rəhbəri, Vladislav Kitayev isə protokol rəhbəri olub.

Administrasiyanın rəhbəri Anton Vayno, müavinləri Aleksey Qromov və Sergey Kiriyenko postlarında qalıb.


Etiketlər:  Putin özünə onları köməkçi təyin etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ