Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atam durardı, indi bu iş belə olardı?”

“Atam durardı, indi bu iş belə olardı?”

Tarix: 15 May 2024 17:50

İş xanımı Ruhiyyə Əliyeva qız övladlarının atalarına olan ehtiyacından danışıb.

OLAY yazır ki, iş xanımı bu barədə RTV-nin "Onunla açıq söhbət" layihəsində söz açıb.

"Kimliyindən asılı olmayaraq, o qız övladının arxası var. "Atam durardı, indi bu iş belə olardı?". Evdə yoldaşına belə əsəbiləşəndə deyir, atam durardı, atama deyərdim, bunu bu cür başa salardı. Atam olsaydı, belə olardı. Hətta atam olsaydı, bunlar mənə bu hərəkəti etməzdi. Görürsünüz, adi biz toylar edirik, ata qızın əlindən tutur, gəlir bəyə təhvil verir. Yəni, artıq məndən çıxdı, mən qızımı sənə əmanət edirəm. O ki deyir oğul, dayı, əmi, qardaş, bunlar yox. Qadını qoruyan iki kişi var. Ata və həyat yoldaşı. Qardaşdır, oğuldur, bunlar sonra gəlir.

Mənim üçün ən vacib olan bu faktordur. Nə gözəl ki, o həyat yoldaşları əmanət aldığı o xanımı qoruya bilirlər. Amma hərdən o da olmur. Bilirsiniz ailələrdə nələr baş verir. Biz bunun şahidi oluruq. Həyat yoldaşları da var ki, həqiqətən də, çox baş ucaldırlar. Qayınatadan aldığı o başının tacını, həyat yoldaşını o qayınatadan da, bəlkə, yaxşı saxlayır. Onu əzizləyir, sevir, ona arxa durur, övladlarına qol-qanad olur. Yəni belə atalar da var. Amma, təbii ki, yaxşı olmayan atalar da var. Atalara dilim gəlmir başqa söz deyim", - deyə, o, söyləyib.


Etiketlər:  Atam durardı indi belə olardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ