Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2024 12:22
ABŞ-nin Texas ştatının Qalveston şəhərində barj körpüyə çırpılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, nəticədə körpünün bir hissəsi uçub.
Bildirilib ki, körpünün dəmir yolu relsləri olan konstruksiyasının bir hissəsi gəminin üzərinə düşüb.
Səlahiyyətlilər körpünün hər iki istiqamətdə nəqliyyat üçün bağlandığını bildiriblər. Ölən və yaralananlar barədə məlumat verilməyib.