Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 11:00
Bakı. Samir Əli - Trend:
Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlanıb.
Trend-in məlumatına görə, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsində həyətlərin birində üzərində xəsarətlər olan qadın meyidi tapılıb.
Araşdırma zamanı məlum olub ki, ölən şəxs ev sahibi, 1947-ci il təvəllüdlü Şəfiqə Məmmədhəsən qızı Əsədovadır.
İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın bir neçə gün əvvəl yaşadığı evin həyətində yıxılaraq xəsarət alıb və alddığı xəsarətlərdən ölüb.
Tənha yaşayan qadının ölümündən heç kim xəbər tutmadığı üçün meyit bir neçə gün həyətdə qalıb. Nəticədə heyvanlar tərəfindən meyitə xəsarət yetirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin