Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2024 09:16
İrəvan Moskvadan Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədində qalmasını xahiş etməyib, çünki bu məsələ razılaşma yolu ilə tənzimlənir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.
"Rusiya tərəfi bizdən soruşdu ki, rus sərhədçilərin Ermənistanın Türkiyə və İranla sərhədindən çıxmasını istəyirikmi? Biz cavab verdik ki, yalnız 3 istiqamətdən onların çıxmasını xahiş edirik: Zvartnots hava limanından, Azərbaycanla sərhəddəki 17 sərhəd məntəqəsindən və Qarabağdakı sülhməramlıların Qarakilsə və Gorusda yerləşən iki bazasından. Həmin bazaların bağlanmasını istədik", - Qriqoryan bildirib.
Ermənistanın İran və Türkiyə ilə sərhədi məsələsinə gəlincə, Qriqoryan vurğulayıb ki, orada rus sərhədçilərin yerləşdirilməsi müqavilə ilə tənzimlənir və Rusiya tərəfinə izah edilib ki, bu məsələ hazırda müzakirə olunmur:
"Bizim rus sərhədçilərin Türkiyə və İranla sərhəddə qalmaları barədə heç bir xahişimiz olmayıb".
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın xahişi ilə Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlarını bildirmişdi.
Qərbi Zəngəzurdan isə rus sərhədçiləri 12 maydan çıxmağa və bazaları bağlamağa başlayıb.