Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2024-cü ilin ən sevilməyən məşhurları onlar oldu - SİYAHI

2024-cü ilin ən sevilməyən məşhurları onlar oldu - SİYAHI

Tarix: 17 May 2024 09:52

2024-cü ildə ən çox nifrət edilən məşhurların adları açıqlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onların reytinqini "Ranker" xarici portalı tərtib edib.

Qeyd olunub ki, bu il ən çox sevilməyən ulduzlar Şahzadə Harrinin həyat yoldaşı Sasseks hersoginyası Meqan Markl və Hollivud aktyoru Conni Deppin keçmiş həyat yoldaşı, aktrisa Ember Herd olub.

Xatırladaq ki, Şahzadə Harri ilə Meqan Markl krallıq vəzifələrindən geri çəkilərək ABŞ-yə köçüblər, Ember Herd isə keçmiş əri, aktyor Conni Deppə böhtan atıb.

Ən sevilməyənlər siyahısına teleaparıcı Ellen DeCeneres (üçüncü yer), Şahzadə Harri (dördüncü yer) və Opra Uinfri də (beşinci) daxildirlər. Reytinqdə həmçinin Kris Braun, Kim Kardaşyan, Kanye Uest, Kayli Cenner və başqalarının da adları yer alıb.

Milli.Az


Etiketlər:  2024 ilin sevilməyən məşhurları onlar oldu SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ