Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiflisdə Rusiya bayrağı yandırıldı

Tiflisdə Rusiya bayrağı yandırıldı

Tarix: 18 May 2024 23:24

Bu gün Gürcüstanın paytaxtı Tiflisdə parlament binası önündə "Xarici agentlər haqqında" qanuna etiraz edənlər Rusiya bayrağını yandırıblar.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, qalmaqallı qanuna etiraz edən nümayişçilər Rustaveli prospektini bağlayıblar.

Etirazçılar Rusiya bayrağını, həmçinin hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının loqosu olan bayrağı yandırıblar.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun AB-nin ölkənin Avropa Birliyinə inteqrasiyasını dayandırmaq təhlükəsi ilə bağlı sərt bəyanatlarına səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyduğunu bildirib.


Etiketlər:  Tiflisdə Rusiya bayrağı yandırıldı


RƏYLƏR