Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2024 14:24
14:22
İran Prezidenti İbrahim Rəisinin qəzaya helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Namiyə istinadən məlumat verib.
"Həlak olanların cəsədlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər", - deyə Məhəmməd Həsən Nami bildirib.
Onun sözlərinə görə, aviaqəzada həlak olanların cəsədləri Təbriz şəhərinə çatdırılıb.
---------
10:02
Sonxeber.net xəbər verir ki, İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cənazələri Təbrizə göndərilib, axtarış əməliyyatı başa çatıb.
---------
08:50
İran dövlət televiziyası da İbrahim Rəisinin öldüyünü açıqlayıb.
--------
08:01
Helikopter qəzasında həlak olanların adları açıqlanıb
1-Ayətullah Seyid İbrahim Rəisi
2- Ayətullah Seyid Məhəmməd Əli Əl-Haşim
3- Dr. Hossein Amirabdollahian
4- Doktor Malik Rəhməti
5- Sərdar Seyid Mehdi Musəvi
6- Ənsar əl-Mehdi Korpusu (şəxsiyyəti məlum deyil)
7- Pilot (naməlum şəxsiyyət)
8- Pilotun köməyi, şəxsiyyəti naməlum)
9-Kruçev (naməlum şəxsiyyət)
--------
07:20
İran Prezidenti İbrahim Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb.
APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.
"İran Prezidenti Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb", - deyə, o bildirib.
-------
07:10
İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb.
Bunu Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında deyib.
"Helikopterin qalıqları tapıldı, biz helikopterə doğru irəliləyirik. Hava şəraiti yaxşı deyil",-deyə, o bildirib.
İran mediası artıq qəzaya uğramış helikopterin qalıqlarının ilk fotolarını yayıb.
-------
23:49
İran Nazirlər Kabineti İran prezidenti İbrahim Rəisi və digər yüksək rütbəli rəsmiləri daşıyan helikopterin ölkənin şimal-qərbində qəzaya uğramasının nəticələrini müzakirə etmək üçün fövqəladə iclas keçirib.
Ölkənin vitse-prezidenti Məhəmməd Möhbərin sədrliyi ilə keçirilən iclasda məqsəd hökumətin bütün potensialını İranın Şərqi Azərbaycan əyalətinin şimal bölgələrində Rəisi və onun yoldaşlarının helikopterinin axtarışı üçün səfərbər etmək olub
----------
23:17
Rəisinin helikopterinin qəzaya uğradığı ərazinin 2 km-nə yaxınlaşmaq mümkün olub.
Sonxeber.net bildirir ki, bu barədə İranın energetika naziri bildirib.
Hadisə yerində görmə qabiliyyətinin kəskin azalmasına baxmayaraq, ərazidə xilasetmə işləri davam edir.
İran Qızıl Aypara Cəmiyyətinin əməliyyat qərargahı xəbər verir ki, axtarış-xilasetmə qruplarının sayı 65-ə çatdırılıb.
----------
23:14
"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır".
Sonxeber.net bildirir ki, bunu Qırmızı Aypara Cəmiyyətinin Baş katibi Yaqub Süleymani bildirib.
Cəmiyyətin fövqəladə halların idarəedilməsi qərargahına gələn Süleymani qeyd edib ki, qəza zonasına 15 çevik xilasetmə qrupu göndərilib. Beş operativ qrup isə Aerokosmik Təşkilatın təqdim etdiyi koordinatlara yaxınlaşıb.
"Bizdə prezidentin olduğu helikopterdən iki nəfərin zəng vurduğu barədə məlumatlar var, bunlar araşdırılır", - Süleymani bildirib.
----------
23:11
Bir neçə dəqiqə əvvəl İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən mobil telefon siqnalı alınıb, xilasetmə qrupu hazırda həmin əraziyə doğru hərəkət edir
----------
23:07
İran Türkiyədən gecəgörmə qabiliyyətinə malik axtarış-xilasetmə helikopteri istəyib.
Sonxeber.net bildirir ki, Türkiyə AFAD-ın məlumatına görə, Van və Ərzurumdan 32 nəfər alpinistdən ibarət axtarış-xilasetmə heyəti və 6 maşın bölgəyə getmək üçün yola düşüb.
----------
22:39
İran qəzaya uğrayan helikopterin axtarışı üçün Türkiyədən gecə görünüşlü axtarış-xilasetmə helikopteri istəyib
Sonxeber.net bildirir ki, Türkiyə tərəfi lazımi dəstək qrupları və texnika göndərib
----------
22:18
Sonxeber.net Press TV-yə istinadən məlumat verir ki, xilasedicilər Rəisinin helikopterini tapıblar.
----------
22:09
İran KİV: Qızıl Aypara Cəmiyyətinin nümayəndələri artıq qəza baş verən dəqiq əraziyə çatıblar, bir neçə dəqiqə sonra xəbərin açıqlanması gözlənilir.
----------
22:03
Qəza baş verəndən sonra İran prezidentinin helikopterindəki iki sərnişinlə əlaqə yaratmaq mümkün olub.
Sonxeber.net bildirir ki, qurulan əlaqə zamanı qəzanın şiddətinin çox da yüksək olmadığı məlum olub.
----------
21:59
Sonxeber.net bildirir ki, İran hərbi qulluqçuları və İran İnqilabı Keşikçiləri Korpusunun qüvvələri gecə axtarışı üçün İran prezidentinin helikopteri ilə insident bölgəsinə gəliblər.
----------
21:54
Ərdoğan: Türkiyə olaraq helikopter qəzası ilə əlaqədar İrana lazımi dəstəyi verməyə hazırıq.
21:49
Avropa İttifaqı İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib.
Sonxeber.net bildirir ki, bu barədə Aİ-nin böhranların idarə olunması üzrə komissarı Janez Lenarcic "X" hesabında bildirib.
"İranın yardım tələbi ilə İran prezidenti və onun xarici işlər nazirini daşıdığı bildirilən helikopter qəzası ilə əlaqədar Aİ-nin CopernicusEMS - "Copernicus" peyk görüntü xidmətini aktivləşdiririk", o paylaşımında qeyd edib.
----------
21:33
Türkiyə İran prezidentinin helikopterinin qəzaya uğramasından sonra axtarış xilasetmə işlərinə dəstək üçün hərəkətə keçib.
Sonxeber.net bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
----------
21:21
İranın ali dini lideri Əli Xamneyi: "Ümid edirik ki, qüdrətli Allah hörmətli və izzətli prezidentlə onun yoldaşlarını millətə qaytaracaq"
----------
21:19
Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib: "Aİ İran prezidenti Rəisinin helikopteri ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Biz Aİ-yə üzv dövlətlərlə birlikdə İran prezidentini və xarici işlər nazirini daşıyan helikopterin təcili eniş etmək məcburiyyətində qalması ilə bağlı xəbərləri diqqətlə izləyirik"
----------
21:18
Rəisinin helikopterinin sərt eniş etdiyi ərazidə axtarışlar davam edir
----------
20:45
Taliban XİN İrana dəstəyini ifadə edib və axtarışlarına kömək təklif edib.
----------
20:43
Sonxeber.net bildirir ki, İran hökumətinin sözçüsü Əli Bahaduri Cəhromi deyib: "Hava şəraiti ilə bağlı indiyədək yeni xəbər yoxdur. İndi səbir, dua və yardım qruplarına güvənmək irəliyə doğru yoldur".
----------
20:41
Sonxeber.net bildirir ki, İraqın baş naziri prezident Rəisinin qəzaya uğramış helikopterinin tapılmasında İrana kömək göstərilməsini əmr edib.
----------
20:39
Sonxeber.net bildirir ki, İranın sabiq prezidenti Mahmud Əhmədinejadın sözçüsü bəyanat yayaraq bildirib ki, sabiq prezidentin adından yayılan paylaşım feykdir və Əhmədinejada heç bir dəxli yoxdur.
----------
20:36
Sonxeber.net bildirir ki, helikopterin ətrafına düşdüyü kənd Qurdlar adlanır.
----------
20:33
Sonxeber.net bildirir ki, yaxın bir neçə saat ərzində helikopter qəzası baş verən ərazidə havanın daha da pisləşəcəyi gözlənilir.
----------
20:29
İran Prezidentinin 19 mayda Ermənistana səfəri planlaşdırılmışdı, lakin səfər son anda təxirə salındı.
Sonxeber.net bildirir ki, o cümlədən, mayın 19-da Rəisinin Ermənistan ərazisində nəqliyyat dəhlizlərinin açılışında iştirak edəcəyi gözlənilirdi.
----------
20:22
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərhədimizdən lentə alının son fotosu yayılıb.
Sonxeber.net bildirir ki, Prezident və XİN rəhbərinin olduğu helikopter Şərqi Azərbaycan əyalətində meşəlik ərazidə qəzaya uğrayıb.
Qeyd edək ki, Silahlı Qüvvələr hadisə yerinə köməyə gəlib və ərazidə üç pilotsuz təyyarə var, lakin hava şəraiti ilə əlaqədar əməliyyatlar mümkün deyil.
----------
20:22
Azərbaycan XİN: "İran prezidenti İbrahim Rəisi, xarici işlər nazirini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir. Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün ümid edirik və dua edirik. Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır".
----------
20:21
Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazi təxmin olunub.
Sonxeber.net bildirir ki, amma, qaranlıq çökdüyünə və hava şəraiti əl vermədiyinə görə axtarışlar nəticəsizdir.
----------
20:18
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Baqiri ordunun və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bütün resurslarını qəzaya uğramış prezident helikopterinin axtarışı üçün xilasetmə əməliyyatına yönəltməyi əmr edib
----------
20:14
İranın sabiq prezidenti Mahmud Əhmədinejad belə paylaşım edib: "İnnə illah və inna ileyhi rəciun" ("Gerçəkdən də, Allaha mənsubuq və Ona qayıdacağıq").
Sonxeber.net bildirir ki, bu ifadə adətən, mərhum barədə deyilir...
----------
19:55
Sonxeber.net bildirir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu, SEPAH və polisin bütün qüvvələrindən istifadə edərək axtarış aparılmasını əmr etdi.
----------
19:49
İran prezidentinin mühafizə xidməti xüsusi peyf telefonlarına sahibdir. Onunla əlaqə heç vaxt kəsilmir. Amma indi onunla da əlaqə qurula bilməməsi Tehran hökumətində ciddi narahatlıq yaradıb.
Sonxeber.net "Tasnim"-ə bildirir ki, bu arada xilasedicilərin ilk qrupu hadisə yerinə çata bilib.
----------
19:48
KİV: İranda "fövqəladə vəziyyət" elan edildi
----------
19:41
Rəisini daşıyan helikopterin qəzaya uğradığı əraziyə avtomobillə giriş mümkün deyil
Sonxeber.net "Tasnim"-ə istinadən bildirir ki, axtarış işləri üçün xalq qrupları da yaradılıb. Hazırda onlar piyada axtarışlar aparırlar. Ərazidə internet yoxdur
----------
19:39
"İran prezidenti İbrahim Rəisi və xarici işlər nazirini daşıyan helikopter bazar günü Azərbaycanla sərhədə səfərdən qayıdıb qatı duman içində dağlıq ərazini keçərkən qəzaya uğrayıb", İran rəsmisi Reuters agentliyinə bildirib.
Rəsmi bildirib ki, Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahyanın həyatı "helikopter qəzasından sonra risk altındadır".
"Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatlıq doğurur" deyə İran rəsmisi bildirib.
Qeyd edək ki, İran TV-lərində bütün proqramlar dayandırılıb. Televiziyalar bütün ölkə üzrə Rəisi üçün duaların edildiyini və ekranın bir küncündə sıx dumanda dağlıq ərazidə piyada axtarış aparan xilasetmə qruplarının canlı yayımını göstərirlər.
----------
19:37
Sonxeber.net bildirir ki, İran Prezidenti İbrahim Rəisinin rəsmi Instagram hesabında "Mənim üçün dua edin" sözləri ilə paylaşım edilib
----------
19:13
Əlverişsiz hava şəraiti səbəbindən İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışı üçün havadan əməliyyatlar dayandırılıb.
Sonxeber.net bildirir ki, bu barədə İran Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Xilasetmə işləri piyada qrupları tərəfindən həyata keçirilir",- məlumatda deyilir.
----------
19:12
İran hökumətinin nümayəndə heyəti Rəisinin helikopterinin qəzaya uğradığı bölgəyə gedib.
Əl-Cəzirə yazır ki, İran rəsmisi fövqəladə hadisə yerindən alınan məlumatın "narahatedici" olduğunu, lakin səlahiyyətlilərin nikbin olduğunu söylədi.
----------
19:11
İran rəsmisi Reuters agentliyinə: "Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatedicidir".
Sonxeber.net bildirir ki, Qərb KİV-ləri öz mənbələrinə istinadən Rəisi və Huseyn Əmir Abdullahiyanın həyatının risk altında olduğunu bildirirlər
----------
18:53
Sonxeber.net bildirir ki, vitse-prezidentin başçılıq etdiyi İran hökumətinin nümayəndə heyəti Rəisi helikopterinin sərt eniş etdiyi yerə gedib.
----------
18:52
Sonxeber.net bildirir ki, İran KİV-ləri qəzadan az öncə Azərbaycan sərhədinə yaxın ərazidən çəkilən bu fotonu paylaşır.
----------
18:49
İran Fövqəladə Hallar Nazirliyinin sözçüsü mətbuata bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən helikopterin axtarışı üçün hava əməliyyatları dayandırılıb.
Sonxeber.net bildirir ki, xilasetmə işləri piyada qrupları tərəfindən həyata keçirilir.
----------
18:43
İranın IRIB telekanalı xəbər verir ki, İran prezidenti Rəisinin helikopteri ilə bağlı insidentin ciddi olması və yaralanma ehtimalının yüksək olması ilə bağlı qorxular artır.
----------
18:41
Sonxeber.net bildirir ki, İran prezidentinin helikopterinin axtarışına nəzarət etmək üçün İran hökumətinin Böhran Vəziyyətlərində İdarəetmə Komitəsinin fövqəladə iclası çağırılıb.
----------
18:39
Sonxeber.net bildirir ki, İran Qızıl Aypara Təşkilatının başçısı bəyan edib: "Hava şəraitinə görə hava axtarışı mümkün deyil. Ərazi dağlıq və çətin ərazidir. Xilasedicilər bütün mümkün istiqamətlərdən axtarış işləri aparırlar"
----------
18:38
Sonxeber.net bildirir ki, İran vətəndaşları İmam Rzanın məqbərəsində Rəisi və helikopterdə olan şəxslərin sağlamlığı üçün dualar oxuyublar.
----------
18:36
İran Prezidenti İbrahim Rəisinin vəziyyətinin yaxşı olduğunu yazan "Mehr" agentliyi məlumatı silib
Sonxeber.net xəbər verir ki, Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, içərisində İran Prezidentinin olduğu helikopterdən hələ heç bir məlumat yoxdur.
Medianın yazdığına görə, helikopterlə qısa bağlantı yaradıldıqdan sonra əlaqə kəsilib. Əlaqə zamanı qışqırıq səsləri eşidilib.
----------
18:35
Sonxeber.net bildirir ki, İran prezidentinin mühafizəçisi xüsusi izləmə sistemindən istifadə edərək koordinatları göndərib
----------
18:34
İran prezidentinin helikopterinin GPS-in işlədiyi sonuncu yer Sonqun mis iədəni yaxınlığında olub.
Sonxeber.net bildirir ki, helikopterdə prezident, Təbriz vilayətinin qubernatoru, Təbrizin imam-cüməsi və və İranın xarici işlər naziri olub.
----------
18:32
İran prezidentindən hələ də xəbər yoxdur.
Sonxeber.net İSNA-ya istinadən bildirir ki, helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb. Həmin əraziyə yaxında yaşayanlar güclü səs eşitdiklərini bildiriblər.
Əraziyə 20-dən çox xilasetmə qrupu göndərilib.
Duman səbəbindən havadan axtarışlar mümkün olmayıb. Yalnız piyada axtarışları həyata keçirilir
----------
18:23
"İran Prezidentini daşıyan helikopterin dəqiq yeri müəyyən edilib, xilasetmə işləri davam edir".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.
Məlumata görə, Prezident və heyəti daşıyan helikopterin qəza yeri Qaradağ meşələrində yerləşən Uzi kəndi ətrafında olub və qəza yerinə xilasetmə qrupları göndərilib.
Qəzanın baş verdiyi ərazidə xilasetmə qüvvələrini çətinliklə üzləşdirib.
----------
17:56
"Biz hələ də prezidenti aparan helikopterin vəziyyətindən xəbərsizik".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mehrlə bildirib.
Məlumatda qeyd olunub ki, hələlik vəziyyətlə bağlı ətraflı məlumat yoxdur:
"Yaxında vəziyyətlə bağlı ətraflı məlumat veriləcək".
Daxili işlər naziri Əhməd Vahidi isə bildirib ki, onlar xilasetmə qruplarının qəza yerinə getməsini gözləyir:
"Hava şəraitinin yaxşı olamaması səbəbi ilə prezidenti daşıyan helikopter sərt eniş etməli olub".
-------
17:09
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.
İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.
---------
16:53
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.
Vurğulanıb ki, "prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb".
Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.