Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sekuta: “Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır

Sekuta: “Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır

Tarix: 22 Noyabr 2019 14:03

Bakı. Ləman Zeynalova - Trend:

“Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Vaşinqtonda keçirilmiş “Əsrin müqaviləsi: 25 illik uğur” adlı forum zamanı deyib.

O bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması vacib nailiyyət olub:

“Bu saziş Azərbaycanın dünya enerji sisteminin iştirakçısı kimi dirçəlməsinə, eləcə də beynəlxalq neft şirkətlərinin Xəzər regionunda aktiv fəaliyyətinə yol açdı. Müqavilə dünya neft bazarlarına yeni tədarüklər hesabına beynəlxalq enerji təhlükəsizliyini təkmilləşdirməyə imkan verdi”.

Keçmiş səfir əlavə edib ki, “Əsrin müqaviləsi” həm də Azərbaycana kapital axınını təmin etdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sekuta Əsrin müqaviləsi Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ