Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 20 May 2024 17:42
"WikiLeaks" portalının qurucusu Culian Assanc ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmədə qalib gəlib.
Milli.Az APA-ya istinadən bildirir ki, London Ali Məhkəməsi bu gün Assancın lehinə qərar çıxarıb.
ABŞ-ın Assancın işi ilə bağlı təminatlarının qeyri-qənaətbəxş olduğuna qərar verən hakimlər ona tam apellyasiya dinləməsi hüququ verib.
Qeyd olunub ki, məhkəmənin iki yüksək səviyyəli hakimi ABŞ-ın təqdimatlarının yetərli saymayıb və Assanca ABŞ-a ekstradisiyası ilə bağlı qətnaməyə etiraz etmək hüququ veriləcəyini bəyan edib.
Qeyd edək ki, Assanca qarşı istintaq işi 2010-cu ildən, casusluq iitihamı üzrə başlayıb. Həmin ildə ona qarşı ABŞ tərəfindən casusluq, informasiyanın məxfiliyinin pozulması və ya məxfi məlumatların yayılması və digər maddələrlə ittiham irəli sürülüb.
Bir qədər sonra, İsveç hüquq-mühafizə orqanları da Assanc barəsində cinsi istismara məruz qoymaq epizodu üzrə daha bir cinayət işi başlanıb.
O, 2010-cu ildə Böyük Britaniya ərazisində tutulub, bir qədər sonra isə 240 min funt-sterlinq girov müqabilində buraxılıb. 2011-ci ildə London məhkəməsi Assancın İsveçə təhvil verilməsinə qərar verib.
Bundan sonra Assanc 2019-cu ilin aprelinədək Ekvadorun Londondakı səfirliyində gizlənib. Həmin gün Ekvador ona siyasi sığınacaq verməkdən imtina edib və Culian Assanc səfirliyin binasında polis tərəfindən saxlanılıb
2019-cu ilin aprelində Böyük Britaniya ona qarşı girov müqabilində azadlığa buraxılması prosedurunun pozulmasına görə daha bir iş qaldırıb və o, saxlanılıb.
Milli.Az