Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kızılcık Şerbeti''nin aktrisası barədə qərar verildi - FOTO

''Kızılcık Şerbeti''nin aktrisası barədə qərar verildi - FOTO

Tarix: 21 May 2024 01:22

Türkiyəli aktrisa Feyza Civelek "Kızılcık Şerbeti" serialında çəkilməyə davam edəcək. 

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, narkotikə görə polis tərəfindən saxlanılan Civelekin serialdakı taleyi müzakirə obyektinə çevrilmişdi.

"Aramızda Kalmasın" proqramında onun serialda iştirakının davam etməsi məsləhət görüldüyü qeyd edilib. Aktrisaya sahib çıxan çəkiliş heyəti onun müalicəsi üçün də əllərindən gələni edəcəklərini bildiriblər.

Məlumat üçün bildirək ki, "Kızılcık Şerbeti"nin ssenari müəllifi Feyza Civelekin anası Melis Civelekdir. 

Xatırladaq ki, mayın 14-də Feyza Civelek narkotik maddə sifarişi verən zaman polislər tərəfindən saxlanılıb. 


Etiketlər:  Kızılcık Şerbetinin aktrisası barədə qərar verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ