Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Britaniyaya iki bombardmançı göndərdi

ABŞ Britaniyaya iki bombardmançı göndərdi

Tarix: 22 May 2024 08:12

ABŞ təlimlər üçün planlaşdırılan yerləşdirmə çərçivəsində Böyük Britaniyaya iki "B-52 Stratofortress" bombardmançısı göndərib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, general Patrik Rayder bildirib.

"Bu təyyarələr NATO müttəfiqləri və regional tərəfdaşlarla birlikdə təlim və əməliyyat tədbirləri keçirmək üçün çoxsaylı imkanlar açacaq", - deyə general qeyd edib.

Pentaqon rəsmisi həmçinin vurğulayıb ki, ABŞ NATO təlimləri çərçivəsində mütəmadi olaraq öz bombardmançılarını Avropaya göndərir.

Milli.Az


Etiketlər:  ABŞ Britaniyaya bombardmançı göndərdi


RƏYLƏR