Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2024 15:56
Azərbaycan çempionatının I Liqasında çıxış edən "İrəvan" növbəti dəfə problemlə üz-üzə gəlib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu, sonuncu - XXVII turun "Karvan"la bugünkü matçında yaşanıb.
Baş məşqçi Nazim Süleymanov meydana buraxmağa futbolçu tapmayıb. Onun sərəncamında 2 qapıçı və cəmi 9 sahə oyunçusu qalıb.
Bu üzdən Süleymanov "11-lik" düzəltmək üçün iki qapıçıdan yararlanıb. Matçın az əvvəl açıqlanan protokolunda Süleyman Süleymanov qapıçı, belaruslu Andrey Sinenka isə sahə oyunçusu kimi yer alıb. "İrəvan"ın ehtiyat oyunçusuz keçirəcəyi qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "İrəvan" cari mövsümdə futbolçu çatışmazlığı ilə dəfələrlə üzləşib.