Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 10:12
Türkiyənin Trabzon şəhərinin Tonya rayonunun bələdiyyə sədri Osman Beşel vəzifə yerində döyülüb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə yerli "Tonyanın sözü" nəşri məlumat yayıb.
Bildirilib ki, Tonya bələdiyyəsində işləyən H.U. və H.K. adlı iki nəfər verilmiş tənbehə görə bələdiyyə sədri Beşelin otağına daxil olaraq onu döyüblər.
"Həmin şəxslər dava zamanı O.Beşelin üzünü və bədənini yumruqlamağa başlayıb. Səsə gələn bələdiyyənin digər əməkdaşları hücum edən şəxsləri ərazidən uzaqlaşdırıblar" - nəşr yazıb.
Məlumata görə, polis hücum edən şəxsləri saxlayıb.
Qeyd edək ki, Osman Beşel Ədalət və İnkişaf Partiyasının (AK Partiya) üzvüdür. O, son yerli seçkilərdə səslərin 43,04 faizini toplayaraq sözügedən rayonun bələdiyyə sədri seçilmişdi.