Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Afrika lideri Azərbaycan Prezidentini təbrik edib

Cənubi Afrika lideri Azərbaycan Prezidentini təbrik edib

Tarix: 26 May 2024 12:30

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Əlamətdar tarix, 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az


Etiketlər:  Cənubi Afrika lideri Azərbaycan Prezidentini təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ