Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2024 12:32
"Xarici təsir" qanununu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili imzalayacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə spiker jurnalistlərə açıqlamasında bildirib.
O, vetonun götürülməsindən sonra qanunun imzalanması üçün Prezidentə göndərildiyini qeyd edib.
"Qanun dünən Prezident Administrasiyasına göndərilib. Böyük ehtimal ki, o qanunu imzalamayacaq, ona görə də qanunu mən özüm imzalayacam", - Papuaşvili deyib.
Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün Prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" qanuna vetosunu ləğv edib. Müxalifətin boykot etdiyi səsvermədə 84 deputat qərarın lehinə, 4 deputat əleyhinə səs verib.