Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailin Mexikodakı səfirliyinə hücum: Yaralananlar var

İsrailin Mexikodakı səfirliyinə hücum: Yaralananlar var

Tarix: 29 May 2024 13:10

Mexikoda İsrail səfirliyi qarşısında keçirilən etiraz aksiyası etirazçılarla polis arasında toqquşma ilə nəticələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iğtişaşlar zamanı etirazçıların hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və "Molotov kokteyli" atdıqları bildirilib.

"Hadisə nəticəsində bir neçə jurnalist də daxil olmaqla altı nəfər yanıq xəsarətləri alıb. Bununla yanaşı, dörd polis yaralanıb. Hazırda onlara tibbi yardım göstərilir", - deyə nəşr qeyd edib.

Ötən gecə İsrailin Danimarkadakı səfirliyi yaxınlığında 80-ə yaxın adam toplaşıb. Onlar hasardan keçmək istəsələr də, polis onlara mane olub.

Milli.Az


Etiketlər:  İsrailin Mexikodakı səfirliyinə hücum Yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ