Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də bank binasında güclü partlayış: Dağıntılar altında insanlar var - FOTO

ABŞ-də bank binasında güclü partlayış: Dağıntılar altında insanlar var - FOTO

Tarix: 29 May 2024 17:40

Ohayo ştatının (ABŞ) Yanqstaun şəhərinin mərkəzində çoxmərtəbəli "Chase Bank" binasında güclü partlayış baş verib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə hadisənin baş verdiyi anın görüntüləri yayılıb.

İlkin məlumatlara görə, yeddi nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir. İki nəfər itkin düşüb.

Dağıntılar altında qalan zərərçəkmişlərin axtarış-xilasetmə işləri davam edir.

Partlayışın yeraltı qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

O da vurğulanır ki, 13 mərtəbəli binada yaşayış mənzilləri də var. Binanın uça biləcəyi ehtimalı üzündən sakinlər təxliyə olunublar.


Etiketlər:  ABŞ bank binasında güclü partlayış Dağıntılar altında insanlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ