Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onu deyən 1949-cu ildə ölənlərin yanına döşənsin”

“Onu deyən 1949-cu ildə ölənlərin yanına döşənsin”

Tarix: 29 May 2024 18:25

Xalq artisti Fatma Mahmudova yaşı ilə bağlı yayılan yanlış məlumatlardan danışıb.

Milli.az olay-a istinadla xəbər verir ki, bu barədə o, "Elgizlə izlə" proqramında söz açıb.  

Aktrisa deyib ki, təvəllüd tarixi 1949-cu ideyil:

"Anam 1938-ci ildəndir. Burada yaş müzakirəsi gedir? Onu deyən 1949-cu ildə ölənlərin yanına döşənsin. Nəyinə lazımdır, neçənci ildənəm? Mən uşağam, 15 yaşım var. Mənə dəyən zərbələr hansısa insana dəysəydi, onlar adlarını da unudardılar.

Mən 1991-ci ildə ermənilər tərəfindən bomba qoyulan avtobusdan salamat çıxmışam. İllərlə ağır vəziyyətdə olmuşam, huşumu itirmişəm. Bu, mənim ikinci həyatımdır. Allah gərək insanı sevsin. Gəlmişəm, tamaşaçıya Fatma Mahmudova kimi təqdim edəsiniz, yoxsa, yaşımı müzakirə edəsiniz.

Sənətkarın yaşı olmur. Mən fəhlə aktrisayam. Zəhmətkeşəm. Ömür boyu heç vaxt evdə oturmamışam ki, kimsə bazarlıq edib gətirsin və sairə. Həm evimin xanımı, qulluqçusu, həm də sənətkar olmuşam. Bu gün özümə sənətkar deyirəm, çünki buna layiqəm".


Etiketlər:  deyən 1949 ildə ölənlərin yanına döşənsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ