Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər

Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər

Tarix: 30 May 2024 13:50

İsrailin qeyri-hökumət təşkilatı olan "Impact-se"-nin araşdırmasına görə, Səudiyyə Ərəbistanında dərsliklərdə "Fələstin" adı xəritədən çıxarılır. Yeni nəşrlərdə İsrailə qarşı istifadə edilən "düşmən" kimi ifadələr də dəyişdirilir.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "Middle East Eye" qəzetinin məlumatına görə, təşkilat 2019-2024-cü illər arasında nəşr olunan 371 dərsliyi araşdırır və silinmiş, dəyişdirilmiş və ya dəyişməz qalan məzmunları üzə çıxarır.

Araşdırmaya görə, sionizmi irqçi bir hərəkat olaraq təyin edən 12-ci sinif sosial elmlər dərsliyi 2023-cü ildən etibarən tədris olunmayacaq. Fələstin məsələsi ilə bağlı fəsil isə hələ də tədris olunan başqa bir dərslikdən çıxarılıb.

"Xəritələrin əksəriyyətində Fələstin də daxil olmaqla, Səudiyyə Ərəbistanı ilə həmsərhəd olmayan bütün ölkələrin adları, bəzi hallarda isə bütün ölkə adları çıxarılıb", - deyə hesabatda bildirilir.


Etiketlər:  ərəb ölkəsindən şok addım Fələstinin adını xəritədən sildilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ