Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvilinin partiyasının binasına hücum edildi - VİDEO

Saakaşvilinin partiyasının binasına hücum edildi - VİDEO

Tarix: 1 Iyun 2024 12:54

Gürcüstanda ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın Tbilisidəki mərkəzi ofisi şənbə günü gecə hücuma məruz qalıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hücumda 100-ə yaxın şəxs iştirak edib. Onlar ofisin divarlarını yazıblar.

"Vandalizm aksiyası saat yarıma yaxın davam edib. Ofis binasının fasadı zərər çəkib, şüşələr sındırılıb", - partiyanın açıqlamasında deyilir.

Daxili İşlər Nazirliyi ofisə hücumla bağlı hər hansı şərh verməyib.

Qeyd edək ki, "Vahid Milli Hərəkat"ın təsisçilərindən biri hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilidr.


Etiketlər:  Saakaşvilinin partiyasının binasına hücum edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ