Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1 qolla 2 rekord: Həm Messini qabaqladı, həm də…

1 qolla 2 rekord: Həm Messini qabaqladı,  həm də…

Tarix: 2 Iyun 2024 15:48

"Real"in braziliyalı hücumçusu Vinisius Junior Çempionlar Liqasının 2023/24 mövsümünün finalında qol vurmaqla tarixə düşüb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu 83-cü dəqiqədə Cud Bellinqhemin ötürməsindən sonra fərqlənib.

Vinisius daha əvvəl də Çempionlar Liqasının finalında qol vurub. O, 2022-ci ildə turnirin "Liverpul"la həlledici qarşılaşmasında fərqlənib.

"Squawka"nın məlumatına görə, Vinisius Çempionlar Liqasının birdən artıq finalında qol vuran ilk braziliyalı olub.

Vinisius həm də Çempionlar Liqasının iki finalında qol vuran ən gənc oyunçu olub. Braziliyalı vinger 23 yaş 325 günlüyündə fərqlənərək Lionel Messinin rekordunu (2011-ci ildə 23 yaş 338 gün) yeniləyib.


Etiketlər:  qolla rekord Həm Messini qabaqladı həm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ