Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan “OPEC +”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşuldu

Azərbaycan “OPEC +”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşuldu

Tarix: 2 Iyun 2024 18:08

Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib.

Bu barədə Sonxeber.net-a Energetika Nazirıiyindən bildirilib.

İclasda mövcud "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.

Yeni qərar "OPEC +" ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.


Etiketlər:  Azərbaycan OPEC 2025 ilə olan hasilat razılaşmasına qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ