Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gimnastlardan “Montenegro Cup”da 7 qızıl

Gimnastlardan “Montenegro Cup”da  7 qızıl

Tarix: 2 Iyun 2024 18:52

Azərbaycan yığması iyunun 1-2-də Budva şəhərində keçirilən bədii gimnastika üzrə "Montenegro Cup"da uğurlu çıxış edib.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, təmsilçilərimiz beynəlxalq yarışda 7 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Böyük yaş qrupunda Mədinə Dəmirova çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gənclər arasında isə çoxnövçülükdə Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı isə bürünc qazanıb.

Yığmamız yeniyetmə yaş qrupunda daha uğurlu nəticələrə imza atıb. Məryəm Baloğlanova və Nur Sadıqova halqa, top və gürzlərlə çıxışda hərəyə 3 qızıl qazanıblar.


Etiketlər:  Gimnastlardan Montenegro Cupda qızıl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ