Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Ağ Evə MESAJ ÖTÜRDÜ: ''Cəmiyyət üçün çətin olacaq''

Tramp Ağ Evə MESAJ ÖTÜRDÜ: ''Cəmiyyət üçün çətin olacaq''

Tarix: 2 Iyun 2024 23:52

ABŞ-ın keçmiş prezidenti və gələcək prezident seçkilərinə namizəd Donald Tramp məhkəməsi ilə əlaqədar cəmiyyətdə sosial gərginlik və "döyüş nöqtəsi" təhlükəsindən danışıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, siyasətçi bunu "Fox News" telekanalına müsahibəsində deyib .

"Cəmiyyətin buna dözəcəyinə əmin deyiləm. Düşünürəm ki, bu, cəmiyyət üçün çətin olacaq", - Tramp ona qarşı açılan məhkəmə iddiasını şərh edib.

Ağ Evin keçmiş rəhbəri həmçinin qeyd edib ki, müəyyən bir məqam Amerika xalqı üçün "dönüş nöqtəsi" ola bilər.

Bundan əvvəl hakimlər heyəti Donald Trampı porno ulduz Stormi Danielsə pul ödəmələrini gizlətmək üçün sənədləri saxtalaşdırmaqda təqsirli bilib. Məhkəmə yekun hökmü iyulun 11-də elan edəcək. Bu ittihama görə maksimum cəza 130 ildən çox həbsdir. Siyasətçi özü də işin siyasi motivli olduğunu nəzərə alaraq, günahını rədd edir.

Tramp daha əvvəl həbs müddətinə hazır olduğunu açıqlamışdı.


Etiketlər:  Tramp Evə MESAJ ÖTÜRDÜ Cəmiyyət üçün çətin olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ