Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2024 14:10
Rusiyanın Xalq artisti Alla Puqaçova ölkəsində "xarici agent" statusu aldıqdan sonra Vətənindən didərgin düşən yumorist əri Maksim Qalkinlə bağlı diqqət çəkən paylaşım edib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, primadonna əri ilə birgə İsraildə, körpüdə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Fotoda Alla və Maksim gülümsəyərək bir-birlərini qucaqlanması əks olunub.
Qeyd edək ki, müğənni və gülüş ustası Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra uşaqları ilə birlikdə Rusiyanı tərk edib. Qalkin Rusiya hakimiyyətinin hərəkətlərini açıq şəkildə pisləyir və Puqaçova onun fikrini bölüşdüyünü dəfələrlə açıq şəkildə bəyan edib. Buna görə də vətənlərində çoxları cütlüyü qınasalar da, sənətçilər öz mövqelərinə sadiq qalırlar.
Xaricdə olarkən Puqaçova və Qalkin dostları və həmkarları ilə görüşlərini davam etdirirlər.