Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı idmançı həbs edildi - FOTO

Azərbaycanlı idmançı həbs edildi - FOTO

Tarix: 3 Iyun 2024 16:38

Ağır atletika üzrə Azərbaycan çempionu tanışını bıçaqladığı üçün 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Sonxeber.net Qaynarinfo.az-a istinadən bildirir ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı 27 sentyabr 2023-cü il tarixdə, saat 23.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb.

Belə ki, Ümidvar Bayramlının zərərçəkmişə satdığı "Samsung A4" markalı telefon nasaz çıxdığı üçün onlar arasında mübahisə yaranıb. Hadisə baş verərəkən Ümidvar orda dostları ilə birgə olub.

İdmançı məhkəmədə iddia edib ki, Mirzə onu söydüyü üçün bıçaqlayıb və əməlindən peşman deyil. Məhkəmədə o da məlum olub ki, Ümidvar Bayramlı Suraxanı Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixlihökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 7 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı ağır atletika üzrə Azərbaycan çempiondur. O, həmçinin İsveçdə keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.


Etiketlər:  Azərbaycanlı idmançı həbs edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ