Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbuldakı binaların 50%-i dağıla bilər - Şok araşdırma

İstanbuldakı binaların 50%-i dağıla bilər - Şok araşdırma

Tarix: 4 Iyun 2024 07:52

İstanbul Böyükşəhər Bələdiyyəsinin apardığı yoxlamalarda şəhərdə dağılma riski daşıyan 1556 bina müəyyən edilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, yoxlama tələbi ilə bağlı quruma 160 min müraciət daxil olub və fasiləsiz çalışan mütəxəssislər 35 min tikilidə araşdırma aparıb.

Yoxlama aparılan binalar dayanıqlılığına görə A və B (aşağı risk həddi), C (orta risk həddi), D (yüksək risk həddi) və E (Olduqca yüksək risk həddi) kateqoriyalarına bölünüb.

Belə ki, binaların təxminən 50 faizi D və E kateqoriyasının payına düşüb.

Nəticələrə görə, 1556 bina hətta sözügedən kateqoriyalarda belə yer almayıb.

Qeyd edək ki, ötən gün İstanbulun Küçükçekmece rayonunda yaşayış binasının uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.


Etiketlər:  İstanbuldakı binaların dağıla bilər Şok araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ