Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

33 yaşlı məmurun qəfil ölmə səbəbi bilindi - DETALLAR - YENİLƏNİB

33 yaşlı məmurun qəfil ölmə səbəbi bilindi - DETALLAR - YENİLƏNİB

Tarix: 4 Iyun 2024 12:28

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadənin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü R.Vəlizadə Bakıda yaşadığı evdə yatdığı yerdə dünyasını dəyişib. Gənc məmurun yuxuda ikən ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edilib ki, Ramin Vəlizadə bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş.

Həmçinin bildirilir ki, R.Vəlizadənin yaxın qohumları arasında da qəfil ürəktutmadan vəfat edən bir neçə nəfər olub.

--------

09:48

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə vəfat edib. O, qəfil dünyasını dəyişib.

Sonxeber.net unikal-a istinadən xəbər verir ki, Ramin Vəlizadə Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyevin qardaşı oğludur.

Qeyd edək ki, R.Vəlizadə daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışıb.


Etiketlər:  yaşlı məmurun qəfil ölmə səbəbi bilindi DETALLAR YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ