Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2024 09:54
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kvetta şəhəri yaxınlığındakı mədəndə metan qazından zəhərlənmə nəticəsində azı 11 mədənçi ölüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Bəlucistan əyalət hökumətinin mədənlər üzrə baş müfəttişi Əbdül Qani Kakarın sözlərinə görə, metan qazının yığılması insanların ölümünə səbəb olub.
O bildirib ki, mədənçilər təxminən 450 metr dərinlikdə işləyiblər. Xilasetmə qrupları bir neçə saatdan sonra onların cəsədlərini çıxarıblar.
Baş mədən müfəttişi əlavə edib ki, hadisənin səbəblərini və səhlənkarlığa yol verilib-verilmədiyini öyrənmək üçün araşdırma aparılır.