Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ərimə zəng edib deyirdilər ki, “Heç bilirsən arvadın haradadır?” - VİDEO

“Ərimə zəng edib deyirdilər ki, “Heç bilirsən arvadın haradadır?” - VİDEO

Tarix: 4 Iyun 2024 11:15

"Biz bilirsiniz nədən və nələrdən keçmişik. Başımıza o qədər işlər gəlib ki... Bizi ayırmaq istəyənlər o qədər olub. İstəyir ətraf, istəyir tanımadığımız insanlar. Elə şeylər danışıblar, elə hoqqalar çıxarıblar ki... Biz bərabər çörək yediyimiz yerdə həyat yoldaşım Nurlana zəng edib deyiblər ki, "Heç bilirsən həyat yoldaşın haradadır?". İnsanlar bizi elə bərbad vəziyyətlərə salırdılar ki...".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin xanım qonaq olduqları "Elgizlə izlə" ictimai-sosial verilişində deyib. 

Sənətçinin xanımı bildirib ki, indiyə kimi əldə etdiklərini heç kimin köməyi olmadan yalnız öz zəhmətləri hesabına əldə ediblər: 

"Bizim yoxsul günlərimiz oldu. Mən Nurlanla bir yumruq kimi olduq və dayandıq. Nə qurmuşuqsa, bir çöpə qədər hər şeyi özümüz almışıq, qurmuşuq. Bizə heç kim heç nə hədiyyə etməyib. Əziyyət çəkərək, qorxaraq, hansısa yolla pul qazanaraq oğlumuzu böyütmüşüq və sağ-salamatla yola salmışıq Vətənin keşiyində dayanmağa. Bizə jurnalistlər sual verirdilər ki, "Nə zaman ərin Nurlandan boşanırsan?". 

Milli.Az


Etiketlər:  Ərimə zəng edib deyirdilər Heç bilirsən arvadın haradadır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ