Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2024 12:40
Xalq artisti Məleykə Əsədova plastik əməliyyat etdirməsi iddialarına cavab verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa bıçaq altına yatmadığını söyləyib. "Qonaqcanlı" verilişinə gələn Əsədova aparıcı Aytəkin Mərdanovanın "Dəyişilmisiniz, əməliyyat olub" sualına belə reaksiya verib:
"O qədər problem olur ki... Teatr vaxtı əməliyyat olur? İllərdir deyirlər əməliyyat. Plastik əməliyyat mənim ürəyimdir. Gözəl saxlayıb, gözəlləşirəm. Əməliyyatı yayda etdirəcəyəm".