Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın baş naziri ölümlə hədələndiyindən danışdı: ''İstənilən ölkəyə sübut etməyə hazıram''

Gürcüstanın baş naziri ölümlə hədələndiyindən danışdı: ''İstənilən ölkəyə sübut etməyə hazıram''

Tarix: 5 Iyun 2024 22:10

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa komissarı tərəfindən ölümlə hədələndiyini sübut etməyə hazır olduğunu bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə müsahibəsi zamanı deyib.

İrakli Kobaxidze qeyd edib ki, Avropa komissarının sui-qəsd cəhdi edilən Slovakiyanın Baş naziri Robert Fitsonu misal gətirdiyi və onunla eyni aqibəti yaşaya biləcəyi ilə bağlı təhdidlərinin sübutunu istənilən ölkənin təhqiqatına təqdim etməyə hazırdır.

"Gürcüstanda şəffaflığın, inqilabın qarşısının alınmasının, iğtişaşların və ikinci cəbhənin alternativi yoxdur, bütün bunlara "Xarici agentlər haqqında" Qanun xidmət edir.

Ukraynadakı Maydana və onun nəticələrinə görə kim cavabdehdir? Gürcüstanda Maydana görə kim cavabdeh olacaq? Biz Gürcüstanın ukraynalaşdırılmasının qarşısını almaq üçün hər şeyi edəcəyik. İkinci cəbhə ölkədə mövcudluğuna icazə verməyəcəyimiz bir şeydir", - deyə o qeyd edib.

Xatırladaq ki, İrakli Kobaxidze daha əvvəl parlamentin prezidentin "Xarici agentlər haqqında" qanuna vetosunu ləğv etməsi ərəfəsində Avropa komissarlarından biri ilə telefon danışığının olduğunu və bu zaman ona qarşı təhdidlər səsləndiyini bildirib. Sui-qəsd cəhdi edilən Slovakiyanın Baş naziri Robert Fitso ona xatırladılıb və eyni aqibəti yaşaya biləcəyi deyilib.


Etiketlər:  Gürcüstanın baş naziri ölümlə hədələndiyindən danışdı İstənilən ölkəyə sübut etməyə hazıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ