Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AVRO-2024-də iştirak edəcək yığmalar yoldaşlıq görüşləri keçirib

AVRO-2024-də iştirak edəcək yığmalar yoldaşlıq görüşləri keçirib

Tarix: 6 Iyun 2024 00:06

Almaniyada təşkil olunacaq futbol üzrə Avropa çempionatının iştirakçı ölkələrindən bir neçəsi yoldaşlıq görüşü keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, AVRO-2024-də C qrupunda yer alan Danimarka yığması İsveçlə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

E qrupunun iştirakçısı Slovakiya isə San Marino millisi ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Danimarka yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün C qrupunda Sloveniya, İngiltərə və Serbiya milliləri ilə üz-üzə gələcək. Slovakiya seçməsi isə E qrupunda Rumıniya, Belçika və Ukrayna komandaları qarşılaşacaq.

Milli.Az


Etiketlər:  AVRO 2024 iştirak edəcək yığmalar yoldaşlıq görüşləri keçirib


RƏYLƏR