Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanlar kosmosa liftlə gedə biləcək - Start verildi

İnsanlar kosmosa liftlə gedə biləcək - Start verildi

Tarix: 6 Iyun 2024 09:42

Bir vaxtlar elmi fantastika mövzusuna çevrilən kosmik lift layihəsi Yaponiyadakı bir şirkətin təşəbbüsü ilə 2050-ci ilə qədər reallığa çevrilə bilər.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, layihə uğurlu olacağı təqdirdə kosmik səyahətdə inqilab edəcək və qlobal iqtisadiyyatı kökündən dəyişdirəcək.

Bütün bunlara baxmayaraq layihəni həyata keçirmək üçün onun qarşısında aradan qaldırılmalı olan onlarla böyük maneə var.

Dünyanın ən hündür qülləsi olan "Tokio Skytree"nin inşası ilə məşhur olan "Obayashi Corporation" 96 min kilometr uzunluğunda kosmik lift inşa edcəklərini açıqlaylıb.

100 milyard ABŞ dolları dəyərində olan layihənin tikintisi 2025-ci ilə qədər başlayacaq və 2050-ci ildə istifadəyə verilə bilər.

Maqnit mühərrikləri ilə işləyən lift insanları və yükləri bir raketin dəyərinin cüzi hissəsinə yeni tikilmiş kosmik stansiyaya apara biləcək. Mənzil başına çatmaq üçün isə yeddi gün lazım olacaq.


Etiketlər:  İnsanlar kosmosa liftlə gedə biləcək Start verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ