Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Danimarkanın Baş naziri küçədə döyüldü

Danimarkanın Baş naziri küçədə döyüldü

Tarix: 8 Iyun 2024 09:46

Kopenhagendə naməlum şəxs Danimarkanın Baş naziri Mette Frederikseni döyüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Ekstra Bladet" nəşri məlumat yayıb.

Hadisə Kultorvet meydanında baş verib. Frederiksenin ciddi xəsarət almadığı, həmin şəxsin saxlanıldığı bildirilir.

Danimarkanın ətraf mühit naziri Magnus Heunicke "X" sosial şəbəkəsində bildirib ki, qadın hadisədən şoka düşüb. Hücum iyunun 9-da keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində həyata keçirilib.


Etiketlər:  Danimarkanın Baş naziri küçədə döyüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ