Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən yüksək ''zibilliyi''ndə 4 meyit tapıldı - FOTOlar

Dünyanın ən yüksək ''zibilliyi''ndə 4 meyit tapıldı - FOTOlar

Tarix: 8 Iyun 2024 17:14

Bu il Everest və Himalayın digər iki zirvəsindən dörd nəfərin meyiti və bir nəfərin skeleti aşkarlanıb, həmçinin 11 ton zibil yığılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Nepal ordusundan xəbər verilib.

Bildirilib ki, hərbçilər bunun üçün 55 gün sərf ediblər.

Ümumiyyətlə isə Everestdə 50 tondan çox zibil və 200 meyitin olduğu təxmin edilir.

Qeyd edək ki, "dünyanın ən yüksək zibilliyi" də adlandırılan dağda təmizlik işləri 2019-cu ildən başlayıb.

Ordu bu müddət ərzində 119 ton zibil, 14 meyit və skeletlər tapıldığını bildirib.

Milli.Az


Etiketlər:  Dünyanın yüksək zibilliyində meyit tapıldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ