Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ağır yol qəzası - 2 nəfər ölüb, 30 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası - 2 nəfər ölüb, 30 nəfər yaralanıb

Tarix: 9 Iyun 2024 17:02

İyunun 9-da səhər saatlarında Türkiyənin Van-Bitlis yolu üzərindəki Kuskunduran tuneli yaxınlığında yük avtomobili ilə avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər ölüb, 30 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

"Qəza səhər saatlarında Van-Bitlis avtomobil yolunun Küskunkuran tuneli yaxınlığında baş verib. Sürücülərinin adları və dövlət nömrələri bəlli olmayan sərnişin avtobusu ilə yük maşını naməlum səbəbdən toqquşub", - agentlik bildirib.

Məlumata görə, qəzada həlak olan iki nəfərdən biri avtobus sürücüsü, digəri sərnişinidir. Yaralanan 30 nəfərdən isə dördünün durumu ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Türkiyədə ağır qəzası nəfər ölüb nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ