Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keşiş Baqrat çevrilişə hazırlaşır - YENİLƏNİB - VİDEO

Keşiş Baqrat çevrilişə hazırlaşır - YENİLƏNİB - VİDEO

Tarix: 10 Iyun 2024 09:30

09:27

Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları gecəni Baqramyan prospektində keçiriblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, etirazçılar ordada çoxlu çadırlar qurublar, isinmək üçün ocaq yandırıblar.

Qeyd edək ki, dünən İrəvanın Respublika meydanında keçirilən mitinqin sonunda Baqrat Qalstanyan tərəfdarları ilə Baqramyan prospektinə yürüşə başlayıb. Burada çoxlu sayda polis qüvvələri kütləni Dəmirçyan küçəsinə buraxmayıblar.

Bir qrup etirazçı hökumətin bağ evlərinə doğru yürüş edib, lakin orada polis Proşyan küçəsindən Dəmirçyan küçəsinə daxil olmağa icazə verməyib.

Nəhayət, yürüş iştirakçılar Baqramyan prospektinə qayıdıblar və burada onlar oturaq aksiyaya başladıqlarını elan ediblər.

"Bu gecə o qədər çox insan var ki, əminəm ki, onlar nə qədər vaxt lazımdırsa, orada qalacaqlar. Hamıya xəbər verirsiniz ki, burada söz verilib və bəli, bu məsələni həll edəcəyik, gözəl həll edəcəyik. Burada qalacağıq, çadırlar, maşınlar olacaq. Mən də burada qalacağam, siz də mütləq qalacaqsınız. Biz heç yerə getməyəcəyik, minlərlə əsgər gətirmək istəyirlər", - Qalstanyan müraciətində deyib.

----------
09:07


Milli.Az xəbər verir ki, Ermənistanın "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 10-da hakimiyyətə öz iradələrini tətbiq etmək üçün 96 saat ərzində kütləvi itaətsizlik aksiyalarına və etiraz aksiyalarına toplaşmağa çağırıb.

Kütləvi aksiya yerli xəbər portalları tərəfindən yayımlanıb.

"İndi qərar verməliyik. Sabahdan etibarən yalnız dörd gün fasiləsiz, işə getmədən, istirahət etmədən və yatmadan küçələrə çıxıb iradəmizi ortaya qoysaq, üzərimizə düşən vəzifəni həll edə bilərik", - Qalstanyan deyib.

----------
09/06/2024

Ermənistanın "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 10-da hakimiyyətə öz iradələrini tətbiq etmək üçün 96 saat ərzində kütləvi itaətsizlik aksiyalarına və etiraz aksiyalarına toplaşmağa çağırıb.

"Report"un məlumatına görə, kütləvi aksiya yerli xəbər portalları tərəfindən yayımlanır.

"İndi qərar verməliyik. Sabahdan etibarən yalnız dörd gün fasiləsiz, işə getmədən, istirahət etmədən və yatmadan küçələrə çıxıb iradəmizi ortaya qoysaq, üzərimizə düşən vəzifəni həll edə bilərik", - Qalstanyan deyib.

Ermənistan müxalifətinin lideri deputatları da hökumətin buraxılması məsələsini müzakirə etmək üçün iyunun 11-də iclas keçirmək təşəbbüsü göstərməyə çağırıb.

"Bizim tələbimizlə parlamentin müxalif deputatları iyunun 11-də saat 18:30-da qanunverici orqanın növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edirlər. Gündəm hakimiyyətin istefası və yeni hökumətin formalaşdırılmasıdır", - Qalstian vurğulayıb.

Milli.Az


Etiketlər:  Keşiş Baqrat çevrilişə hazırlaşır YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ