Tarix: 24 Noyabr 2019 21:52
“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstanın “Levski” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az xəbər verir ki, bolqarıstanlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında xəbəri təkzib edib. O, “Qarabağ”da qalıb-qalmayacağının da hələlik bəlli olmadığını deyib:
“Bu, tamamilə fərziyyədir. “Levski” ilə heç bir danışığımız olmayıb. İndi gələcəyimlə bağlı heç bir şərh verə bilmərəm. Çünki “Qarabağ”da qalıb-qalmayacağımla bağlı rəhbərliklə heç bir müzakirəmiz olmayıb. Klubla müqaviləm var. Dəqiqləşdirmədən nəyəsə şərh verə bilmərəm”.
Qeyd edək ki, Bolqarıstan mətbuatı “Qarabağ”ın Slavçevin “Levski”yə getməsinə müsbət yanaşdığını yazmışdı.