Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 02:12
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" La Liqada növbəti oyuna çıxıb.
Qol.az xəbər verir ki, komanda 14-cü turda səfərdə "Valyadolid"lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Valyadolid" - "Sevilya" - 0:1
Qol: Baneqa, 13-pen
Qırmızı vərəqə: Okampos, 90-ikinci sarı vərəqə ("Sevilya)
Bu qələbə ilə xalını 27-ə yüksəldən "Sevilya" turnir cədvəlinin 3- cü pilləsində qərarlaşıb. "Barselona" 28 xalla (13 oyundan) 1-ci, "Real" eyni xalla (13 oyundan) 2-cidir.