Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda qatarda problem yarandı, interval uzandı

Metroda qatarda problem yarandı, interval uzandı

Tarix: 25 Noyabr 2019 09:15

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda qatarda problem yaranıb.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün saat 08:30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib: "Maşinist qatarda nasazlıq ehtimal edib və qatara əlavə baxış keçirib. Nəticədə 4 dəqiqə yubanma olub".

Hazırda intervalın bərpası ilə bağlı tədbirlər görülür.


Etiketlər:  Metroda qatarda problem yarandı interval uzandı


RƏYLƏR