Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan axmaq deyil, “həddini” bilir - Naumov

Paşinyan axmaq deyil, “həddini” bilir - Naumov

Tarix: 13 Iyun 2024 15:12

Ermənistana görə KTMT dağılmayacaq. Nikol Paşinyan Moskvanın qırmızı xətlərinə riayət etməklə Qərbdən maksimum gəlir əldə etmək siyasətini qurub. Məsələn, Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılıb, Ermənistan sərhədindən deyil. Gümrüdəki hərbi baza da yerindədir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Aleksey Naumov Teleqram kanalında bildirib.

"Paşinyan Rusiya ilə əlaqələri kəsib ölkəsinin iqtisadiyyatına dəhşətli zərbə vuracaq qədər axmaq deyil: radikal qərbyönlü kursun mümkünsüzlüyünü və Qərbin dəstəyinin sərhədlərini artıq qonşu Gürcüstan nümayiş etdirib. Paşinyanın iki məqsədi var: hakimiyyəti saxlamaq və ən böyük faydanı həm Qərbdən, həm də Rusiyadan almaq. KTMT-dən çıxmaq bu məqsədlərə ziddir və buna görə də ritorikaya rəğmən bu baş verməyəcək", - o vurğulayıb.


Etiketlər:  Paşinyan axmaq deyil həddini bilir Naumov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ