Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2024 09:32
Madrid prokuraturası "Real"ın baş məşqçisi Karlo Ançelottinin həbs olunmasını tələb edib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, italiyalı mütəxəssis vergidən yayınmaqda günahlandırılır.
2014-2015-ci illərdə 65 yaşlı məşqçinin gəlirindən 1 milyon avro vergi ödəmədiyini bildirib. Ali orqan Ançelottinin 4 il və 9 ay həbs olunmasını istəyib.
Qeyd edək ki, 2013-2015-ci illərdə Madrid klubunda fəaliyyət göstərən Ançelotti 2021-ci ildən yeni baş məşqçi təyin olunub.