Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəribə səslər eşitdi, qapını açdı, görün nə ilə üzləşdi – FOTO

Qəribə səslər eşitdi, qapını açdı, görün nə ilə üzləşdi – FOTO

Tarix: 14 Iyun 2024 20:48

"Reddit"in "Jacindagirl" ləqəbli istifadəçisi aşkar etdiyi qeyri-adi mənzərəni paylaşıb. Şəkil görənlərin təbəssümünə səbəb olub.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "Jacindagirl" ləqəbli istifadəçi qəribə hadisə ilə üzləşib. Həyətindən bu vaxtadək eşitmədiyi səslər gəlib və qapını açanda evinin qarşısına yığışan onlarla ördək görüb.

"Qəribə səslər eşitdim. Qapını açdım və bunu gördüm. Mən ördək saxlamıram və heç vaxt ördək saxlamamışam", - deyə paylaşdığı foto haqqında şərh verib.

"Səni seçdilər", "Bir ördəyin varsa, o sənə məxsusdur. Əgər 50 ördəyin varsa, deməli, sən onlara aidsən", "Bu gün nahara nə yeyəcəksən?", "Ördək konvensiyasına dəvət olunduğunu söyləməyi unutdular", - deyə sosial şəbəkə istifadəçilər istehza ilə şərhlər yazıblar.

"AThousand Bloodhounds" ləqəbli şərhçi onu belə ələ salıb: Görünür sən əla "təmizlik" işləri görürsən, buna görə də evini çoxlu qurd, böcək bürüyüb. İndi bildin o ördəklər sənin evinə niyə gəlib?


Etiketlər:  Qəribə səslər eşitdi qapını açdı görün ilə üzləşdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ